Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.
Arena.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.
28 yaşlı futbolçu sentyabrın 20-də Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan sonra yığma komandanın düşərgəsinə yollanacaq.
O, UEFA Millətlər Liqasının oyunlarında forma geyinə bilər. Moldova milli komandası adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.
Qeyd edək ki, Viktor Stina Gəncə klubuna bu yay cəlb edilib. O, cari mövsümdə “Kəpəz”in heyətində 2 qola imza atıb.
Stina Moldova yığma komandasının heyətində 30 oyun keçirib, 4 qola imza atıb.


