Paulo Kimbila “Qəbələ”ni “Gəncəbasar”a dəyişdi

“Qəbələ”nin anqolalı cinah hücumçusu Paulo Kimbila bundan sonra Birinci Liqa klubu “Gəncəbasar”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə vurğulanır ki, futbolçu “Qəbələ” klubundan bir illik müddətə icarəyə götürülüb.

Xatırladaq ki, Paulo Kimbila 2025-ci ilin yayında “Qəbələ”yə cəlb edilib. Onun “Qəbələ”dən öncəki klubu Bəhreyn təmsilçisi “Əl-Əhli” olub. Anqolalı vingerin Qəbələnin eyniadlı təmsilçisi ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Yeri gəlmişkən qeyd edək ki, “Gəncəbasar” heyətinə daha iki legioner cəlb edib. Gəncə təmsilçisi Sloveniyanın “Çelye” klubundan Algirdas Kristupas Padegiması icarəyə götürüb. İcarə müqaviləsinin müddəti bir illikdir. 18 yaşlı litvalı yarımmüdafiəçidir. O, ölkəsinin U-17 və U-19 yığmalarına dəvət alıb.

“Gəncəbasar” Derek Osei ilə də müqavilə bağlayıb. Qanalı futbolçu mövsümün sonunadək Gəncə klubunun formasını geyinəcək. 18 yaşlı oyunçu yarımmüdafiəçi mövqeyində çıxır edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: