Elvin Camalov yenidən “Qəbələ”də!

Bir neçə gün öncə “Neftçi”dən azad agent kimi ayrılmış Elvin Camalov bundan sonra yenidən “Qəbələ”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Elvin Camalovla 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni klubuna azad agent kimi qoşulub.

Xatırladaq ki, “Qəbələ” Akademiyasının yetirməsi olan 31 yaşlı oyunçu vaxtilə bu komandanın əsas heyətində 132 oyun keçirib. O, bu görüşlərdə 1 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

Elvin Camalov 2025-ci ilin yanvarında “Sabah”dan “Neftçi”yə keçmişdi. Dayaq yarımmüdafiəçisi bu müddətdə sözügedən komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Camalov 2021-ci ilin yayından “Neftçi”yə keçənə qədər “Sabah”da çıxış edib. O, daha öncə “Zirə”də də oynayıb. Yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 21 oyun keçirib. Təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: