Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027-ci illər mövsümünün final qarşılaşmasıı ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov “Facebook” hesabında yazıb.
Elxan Səmədov bu xəbərin hər kəsin ürəyincə olacağını bildirib:
“Peşəkar Futbol Liqasının təklifi və AFFA prezidenti Rövşən Nəcəfin qərarı ilə Azərbaycanın futbol tarixində ilk dəfə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçiriləcək. Bu işdə dəstək olan gənclər və idman naziri Fərid Qayıbova dərin təşəkkürümü bildirirəm. Tarixi məkanda tarixi matçda görüşənədək”.
Qeyd edək ki, təqvimə əsasən Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-nə planlaşdırılıb.


