Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turunun oyun cədvəli açıqlanıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
İki günü əhatə edəcək turun görüşləri sentyabrın 28-də və 29-da baş tutacaq. İlk oyun günündə dörd qarşılaşma keçiriləcək. Qalan iki oyun isə sonuncu günə təsadüf edəcək.
İkinci Liqa
5-ci tur
28 sentyabr
“Zəngəzur” – “Kür-Araz”
Binə qəsəbə stadionu, 15:00.
“Şəki” – “Hypers”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Şəmkir” – “Şirvan”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Ağstafa Gəncləri” – “Ağdaş”
Ağstafa şəhər stadionu, 15:30.
29 sentyabr
“Dinamo” – “Marafon”
Binə qəsəbə stadionu, 15:00.
“Difai” – “Qaradağ Lökbatan”
“Neftçi Arena” (4-cü meydança), 15:30.


