Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Ababsov sentyabr və oktyabr aylarında keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, Azərbaycan milli komandası sentyabrın 23-də Tacikistan yığması ilə yoxlama oyunu keçirəcək. 8-ci km qəsəbə stadionunda təşkil ediləcək oyuna saat 20:00-da start veriləcək.
Komandamız UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də Litva yığmasının qonağı olacaq. “Darius and Girenas” stadionunda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.
Oktyabrın 1-də millimizi Bakıda Lixtenşteynlə görüş gözləyir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək.
Azərbaycan millisinin bu toplanışdakı sonuncu oyunu da Litva yığmasına qarşı olacaq. Oktyabrın 4-də 8-ci km stadionunda keçiriləcək oyuna saat 17:00-da start veriləcək.
Ayxan Abbasov sözügedən oyunlara aşağıdakı 30 futbolçunu cəlb edib:
- Aydın Bayramov – Zirə
- Rəvan Mirzəmmədov – Sabah
- Emil Balayev – Neftçi
- Bədavi Hüseynov – Qarabağ
- Murad Xaçayev – Neftçi
- Cəlal Hüseynov – Petrolul (Rumıniya)
- Anton Krivotsyuk – Daejeon (Cənubi Koreya)
- Rahil Məmmədov – Turan Tovuz
- Elvin Bədəlov – Neftçi
- Rəhman Daşdəmirov – Sabah
- Toral Bayramov – Bursaspor (Türkiyə)
- Tellur Mütəllimov – Sabah
- Rüfət Abbasov – Neftçi
- Ceyhun Nuriyev – Araz-Naxçıvan
- Edqar Adilxanov – Şamaxı
- Emin Mahmudov – Neftçi
- Fərid Yusifli – Şəfa
- Rəhim Sadıxov – Turan Tovuz
- Rüfət Abdullazadə – Kiryat Şmona (İsrail)
- Emil Səfərov – Neftçi
- Abdulla Xaybullayev – Sabah
- Aleksey İsayev – Sabah
- Oruc Məmmədov – Şamaxı
- Ayxan Hüseynov – Zirə
- Anatoli Nuriyev – Kişvarda (Macarıstan)
- Mustafa Əhmədzadə – Araz-Naxçıvan
- Vüsal İsgəndərli – Malişeva (Kosovo)
- Musa Qurbanlı – Qarabağ
- Mahir Emreli – Rakuv (Polşa)
- Renat Dadaşov – Bukovina (Ukrayna)


