Oleq Baklov Azərbaycan millisi ilə oyuna dəvət aldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tacikistan milli komandasının baş məşqçisi İqor Angelovski Çin, Fələstin və Azərbaycan yığmaları ilə yoxlama oyunları üçün heyətdə Baklova da yer verib. Bu isə o deməkdir ki, Baklov yığmamıza qarşı oyunda iştirak edə bilər.

Oleq Baklov “Turan Tovuz”a 2025-ci ilin yayında cəlb olunub. 31 yaşlı qolkiperin Tovuz klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Tacik qapıçı “Turan Tovuz”un heyətində meydana çıxdığı 23 oyunda 17 qol buraxıb, 11 matçda qapısını toxunulmaz saxlayıb.

Baklov daha öncə Rusiyada “Ufa”, “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib. O, 2024-cü ilin sentyabr ayında debüt etdiyi Tacikistan yığmasının heyətində 8 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçdan “quru” çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: