“Kəpəz” və “Gəncəbasar” komandaları çempionatlarda yaranan fasilə müddətində yoxlama oyununda üz-üzə gələcəklər.
Arena.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma oktyabrın 2-də Gəncə stadionunun Məşq Mərkəzində baş tutacaq. Oyuna saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Kəpəz” hazırda Azərbaycan Premyer Liqada 6 xalla altıncı pillədə qərarlaşıb. Gəncə təmsilçisi cari mövsümdə keçirdiyi 4 oyunda 2 qələbə qazanıb və 2 məğlubiyyətə üzülüb.
“Gəncəbasar” isə Birinci Liqada 9 xalla ikinci pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 3 oyunun hamısından qələbə ilə ayrılıb.


