Premyer Liqa: “Qarabağ” “Şəfa”nı tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu görüşü “Qarabağ”la “Şəfa” arasında baş tutub.

Ağdam klubu debütantı Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edib. Görüşü Vüqar Həsənli idarə edib. “Qarabağ” bu oyunda 3 xalı çətinliklə təmin edib. Oyundakı yeganə qolu 61-ci dəqiqədə penaltidən fərqlənmiş Marko Yankoviç vurub.

Premyer Liqa
6-cı tur
18 sentyabr

“Qarabağ” – “Şəfa” 1:0
Qol: Marko Yankoviç, 61-pen.
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:45.

Qarabağ: 23. Martin Zlomisliç, 8. Marko Yankoviç (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Xoni Montiel, 29. Renaldo Sefas, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 20. Kadi Borges, 19. Taofik İsmail, 35. Pedro Bikalyo, 11. Reda Xadra, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

Şəfa: 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 83. Nihad Quliyev, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 4. Maudo Jarjue, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi, 7. Treyvon Fuller.
Ehtiyat oyunçular: 1. Nicat Mehbalıyev, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 21. İsmayıl Zülfüqarlı, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 8. Vlad Pop, 22. Umar Diav.
Baş məşqçi: Zaur Həşimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: