Mikel Arteta: “Narahat olmağa əsas yoxdur”

“Arsenal”ın ispaniyalı baş məşqçisi Mikel Arteta İngiltərə klubu ilə yeni müqavilə imzalamaq məsələsinə münasibət bildirib.

Arena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “Sky Sports”a açıqlamasında London klubu ilə əməkdaşlığı uzatmağa hazır olduğunu deyib:

“Hazırda klub rəhbərliyi və komanda ilə tamamilə eyni fikirdəyik. Hamı üçün uyğun vaxt gələndə bunu mütləq edəcəyik. Azarkeşlərimizin narahat olmasına qətiyyən əsas yoxdur.

Yeni müqaviləni konkret hansı tarixdə imzalayacağımı indi deyə bilmərəm. Amma bir daha təkrar edirəm: doğru vaxt gələndə bu məsələni tez bir zamanda həll edəcəyik”, – Arteta bildirib.

Xatırladaq ki, Mikel Artetanın “Arsenal”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. “Topçular” ötən mövsüm Artetanın rəhbərliyi altında İngiltərə Premyer Liqasının çempionu olublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: