Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Tottenhem” – “Aston Villa” matçı London təmsilçisinin növbəti məğlubiyyəti ilə başa çatıb. Paytaxtın digər təmsilçisi, son çempion “Arsenal” da səfərdə “Brayton”a 3 cavabsız qolla uduzub.
“Everton” “İpsviç Taun”u, “Nyukasl” “Hall Siti”ni məğlub yola salıb. “Nottingem Forest” isə “Koventri Siti” ilə ev oyununda xalsız qalıb.
5-ci turun qalan görüşləri sentyabrın 20-də keçiriləcək.
İngiltərə, Premyer Liqa
5-ci tur
18 sentyabr
Brentford – Çelsi 3:0
19 sentyabr
Tottenhem – Aston Villa 2:3
Brayton – Arsenal 3:0
Everton – İpsviç Taun 1:0
Nyukasl – Hall Siti 2:1
Nottingem Forest – Koventri Siti 0:1
20 sentyabr
17:00. Bornmut – Liverpul
17:00. Lids – Kristal Pelas
17:00. Mançester Siti – Sanderlend
19:30. Fulhem – Mançester Yunayted


