“Fənərbağça” Super Liqa rekorduna imza atdı!

Ötən gün “Eyüpspor”u darmadağın edən “Fənərbağça” Türkiyə Super Liqasının tarixində ən böyükhesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi 6-cı tur çərçivəsində doğma meydanda “Eyüpspor”u qəbul edib.

“Sarı-lacivərdlilər” ilk hissəni 5:0 hesabı ilə öndə başa vurub, yekunda isə 8:0 hesablı qələbəyə seviniblər.

Bu nəticə İstanbul nəhəngi üçün Super Liqada yeni rekord olub. Komanda indiyədək Türkiyə çempionatında belə böyükhesablı qələbə qazanmamışdı.

İstanbul klubu tarixində dördüncü dəfə bir liqa matçında rəqib qapısına 8 qol vurub. “Fənər” 1994-cü ildə “Kayseri Ərciyəsspor” və “Samsunspor”u 8:1, 1992-ci ildə isə “Qaziantepspor”u 8:4 hesabı ilə məğlub etmişdi.

Bundan başqa, “Fənərbağça” bu mövsüm Avropanın 10 böyük çempionatında bir oyunun ilk hissəsində 5 qol vuran ilk komanda olub.

İsmail Kartalın rəhbərliyi altında çıxış edən kollektiv 2024-cü ilin yanvarından sonra ilk dəfə bir matçın ilk yarısında 5 qol vurmağı bacarıb.

Qeyd edək ki, “Fənərbağça”nın hücumçusu Vedat Muriqi də qarşılaşmada 4 qol vurmaqla diqqət mərkəzinə düşüb. O, 2024-cü ildə “İstanbulspor”la oyunda 4 dəfə fərqlənmiş Cengiz Ündərdən sonra İstanbul klubunun heyətində bir liqa matçında pokerə imza atmış ilk futbolçu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: