AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 6-cı turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 6-cı turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.
Rəhim Həsənov bütövlükdə 3 oyunda qeydə alınmış 4 mübahisəli epizoda şərh verib. “Şamaxı” – “Araz-Naxçıvan” matçında iki mübahisəli epizod olsa da, komitə sədri baş hakim İnqilab Məmmədovun doğru qərarlar verdiyini bildirib. “Qarabağ” – “Şəfa” matçındakı bir epizodda da qərarın doğru olduğu vurğulanıb. “Qəbələ” – “Neftçi” oyununda isə baş hakim Cavid Cəlilov qonaqların futbolçusuna qırmızı vərəqə verməli olduğu halda, səhvə yol verib və sarı vərəqə ilə kifayətlənib.
AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:


