Əli Səmədov sıradan çıxdı – “Araz”la oyunu buraxa bilər

“Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədov Azərbaycan Premyer Liqasının 6-cı turunda qarşılaşdıqları “Sumqayıt”la matçda zədələnib.

Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, “Sumqayıt”la matçda zədə səbəbindən oyunu yarımçıq dayandırmış Səmədovun fiziki durumuna aydınlıq gəlib. 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.

Həkimlərin rəyinə əsasən, Əli Səmədov 2-3 həftədən sonra yaşıl meydanlara qayıda biləcək. Onun oktyabrın 9-da “Araz-Naxçıvan”la görüşdə forma geyinməsi sual altındadır.

Əli “Sumqayıt”la qarşılaşmada ikinci hissənin əvvəlində mübarizəyə qoşulsa da, zədə ucbatından cəmi 13 dəqiqə sonra əvəzlənib.

Xatırladaq ki, “Kəpəz” “Sumqayıt”la ev oyunundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Gəncə təmsilçisi hazırda 7 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: