Futbol üzrə milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar yaranmış fasilə dönəmi üçün “Şəfa”nın hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.
Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq. Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu da keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə rəqib Premyer Liqanın digər təmsilçisi “İmişli” olacaq.
Xatırladaq ki, bu mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şəfa” geridə qalmış 6 turda cəmi 3 xal toplayıb və 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda 6 oyunda 1 qələbə qazanıb, 5 məğlubiyyətə üzülüb.


