20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-20) Moldova və Yaponiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Millimiz sentyabrın 24-dən oktyabrın 6-na qədər Qəbələ şəhərində təlim-məşq toplanışının ikinci mərhələsini keçirəcək. Yığmamız hazırlıq zamanı oktyabrın 3-də Moldovanın (18:00), 6-da isə Yaponiyanın (16:00) müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyununda qarşılaşacaq.
U-20 millimizə dəvət edilmiş futbolçuların adlarını nəzərinizə çatdırırıq:
- Həbib Hüşənov (Qəbələ)
- Aftandil Arıxov (Sumqayıt)
- Ayxan Abbaszadə (İmişli)
- Uğur Qurbanlı (Qarabağ)
- Səttar Tahirzadə (Marcet, İspaniya)
- Murad Qurbanov (Zirə)
- Həzrət Səmədov (Sabah)
- Rəşad Alışov (Qarabağ)
- Vüsal Paşayev (Sumqayıt)
- Əhməd Tarverdiyev (Sabah)
- Nadir Orucov (Sumqayıt)
- Raul İsaqov (Kəpəz)
- Əliəkbər Rzazadə (Qarabağ)
- Pünhan Qasımzadə (Neftçi)
- Abduləziz Cabbarlı (Qarabağ)
- Anar Hüseynov (Sabah)
- Əli Qazibəyov (Qarabağ)
- Həsən Nəzərli (Keçiören Spor, Türkiyə)
- Əli Bəşirov (Qarabağ)
- Vüsal Kərimov (Neftçi)
- Ziya Şəkərxanov (Qəbələ)
- Əli İbrahim (Qarabağ)
- Şahnur İsmayılov (Kəpəz)
- Şahin İbrahimov (Sabah)
- Nihad Orucəli (Sumqayıt)


