Yuri Maksimov – “Araz”ın yeni baş məşqçisi!

Ukraynalı futbol mütəxəssisi Yuri Maksimov Premyer Liqada mübarizə aparan “Araz-Naxçıvan” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

O, bu postda Cavid Hüseynovu əvəzləyib.

Yuri Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb.

58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə”nin (indiki “Şamaxı”) baş məşqçisi olub. O, bu komanda ilə Azərbaycan Kubokunun qalibi olub.

Xatırladaq ki, Muxtar Respublika təmsilçisi Premyer Liqanın cari mövsümündə 6 oyun keçirib, cəmi 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Qələbəyə həsrət iki komandadan biri olan Naxçıvan klubu 2 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: