UEFA Millətlər Liqasında Türkiyə – Fransa dueli

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqalarında ümmumilikdə 8 görüş keçiriləcək.

A Liqasında yer alan Türkiyə millisi evdə Fransanı qəbul edəcək. Belçika yığması isə səfərdə İtaliyanın qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.

UEFA Millətlər Liqası
1-ci tur

25 sentyabr

A Liqası, 1-ci qrup

22:45. İtaliya – Belçika
22:45. Türkiyə – Fransa

B Liqası, 2-ci qrup

20:00. Gürcüstan – Şimali İrlandiya
22:45. Macarıstan – Ukrayna

B Liqası, 4-cü qrup

22:45. Polşa – Bosniya və Herseqovina
22:45. İsveç – Rumıniya

C Liqası, 2-ci qrup

20:00. Ermənistan – Latviya
22:45. Monteneqro – Kipr

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: