Bu gün keçirilmiş oyunlarla futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk olaraq A, B, və D Liqalarında matçlar keçirilib.
A Liqasının 2-ci qrupunda Niderland Almaniya ilə, 4-cü qrupunda isə Portuqaliya Uelslə münasibətlərə aydınlıq gətirib. Niderlandda heç-heçə qeydə alınıbsa, Portuqaliyada meydan sahibləri minimal hesabla qalib gəliblər.
Azərbaycan millisinin yer aldığı D Liqasının 2-ci qrupunda Lixtenşteyn və Litva komandaları üz-üzə gəliblər. Qarşılaşma Litvanın inamlı səfər qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
1-ci tur
24 sentyabr
A Liqası, 2-ci qrup
Niderland – Almaniya 1:1
Serbiya – Yunanıstan 1:2
A Liqası, 4-cü qrup
Portuqaliya – Uels 1:0
Norveç – Danimarka 3:2
B Liqası, 3-cü qrup
Avstriya – İsrail 3:1
Kosovo – İrlandiya 1:0
D Liqası, 1-ci qrup
Andorra – Malta 1:2
D Liqası, 2-ci qrup
Lixtenşteyn – Litva 0:2


