21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq.
Arena.az xəbər verir ki, sözügedən komandalar sentyabrın 25-də Azərbaycanda üz-üzə gələcəklər.
Artıq bu oyunu idarə edəcək hakimlər də məlumdur. UEFA bu oyunu İrlandiyadan olan hakimlər briqadasına həvalə edib. Qarşılaşmanın baş hakimi Aaron O`Dud olacaq.
Xatırladaq ki, Azərbaycan – Çexiya matçı sentyabrın 25-də “Masazır Arena”da keçiriləcək. Qarşılaşmaya saat 17:45-də start veriləcək.
Yeri gəlmişkən, U-21 yığmamızın Çexiya ilə oyundan əvvəl “Dalğa Arena”da baş məşqçinin iştirakı ilə brifinq və açıq məşqi təşkil olunacaq. Sentyabrın 24-də saat 16:15-də yığmamızın baş məşqçisi Rəşad Eyyubovun iştirakı ilə brifinq keçiriləcək. Saat 16:30-da start götürəcək məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Avropa çempionatının seçmə mərhələsi
25 sentyabr
Azərbaycan – Çexiya
Baş hakim: Aaron ODud. Baş hakimin köməkçiləri: Darra Kiqan, Şeyn Cerrard OBrayen.
Dördüncü hakim: Pol Norton (Hamısı İrlandiya).
“Masazır Arena”, saat 17:45.


