16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-16) növbəti təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, toplanış sentyabrın 25-dən 27-nə qədər Bayıl Məşq Mərkəzində keçiriləcək.
U-15 millimizin təlim-məşq toplanışına dəvət alan futbolçuların siyahısını təqdim edirik:
- Oqtay Mehrəliyev – Qarabağ
- Məhəmməd Ağamaliyev – Qarabağ
- Abbas Məmmədli – Qarabağ
- Səbran Muradlı – Qarabağ
- Həsən Mürşüdzadə – Qarabağ
- Timuçin Yahya – Qarabağ
- Daniil Bayramari – Qəbələ
- Emil Quliyev – Neftçi
- Əkbər Nağıyev – Neftçi
- Kənan Əzimov – Neftçi
- Qafar Babayev – Neftçi
- Sayid Bayramov – Neftçi
- Subhan Əlizadə – Neftçi
- Həsən Məhmədov – Sabah
- Həsən Ramazanov – Sabah
- Murad Məmmədzadə – Sabah
- Əli Hacıyev – Sabah
- Asif Allahverdizadə – Ulduz
- Murad Zeynallı – Ulduz
- Müşfiq Zamanov – Ulduz
- Yusif Əlizadə – Ulduz
- Ramil İsmayıllı – Karvan
AFFA-nın yaydığı digər məlumata görə, U-15 milli komandamıza (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək. Sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və 3 seleksiya qarşılaşması baş tutacaq.
Qeyd edək ki, U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr – 1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.


