İkinci Liqa: 5-ci turun bütün təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turunun bütün təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

5-ci turun görüşləri sentyabrın 28-də və 29-da keçiriləcək.

İkinci Liqa
5-ci tur

28 sentyabr

“Zəngəzur” – “Kür-Araz”
Hakimlər: Vaqif Vəliyev, Əkbər Əliyev, Tural Bayramov, Nahid Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Binə qəsəbə stadionu, 15:00.

“Şəki” – “Hypers”
Hakimlər: Nəriman Ağayev, Ruslan Məmmədov, Samir Cabbarov, Rauf Salamov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

“Şəmkir” – “Şirvan”
Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Təhmin Cəlilbəyli, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:30

“Ağstafa Gəncləri” – “Ağdaş”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Mehdi Yusifov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağstafa şəhər stadionu, 15:30.

29 sentyabr

“Dinamo” – “Marafon”
Hakimlər: Sənan Bayramzadə, Sevda Nuriyeva, Sadiq Əliyev, Ləman Əmirli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

“Difai” – “Qaradağ Lökbatan”
Hakimlər: Hacıağa Həsənov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi Arena” (4-cü meydança), 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: