David Alaba “Udineze”də!

Bu yay Madrid “Real”ından azad agent kimi ayrılmış avstriyalı müdafiəçi David Alaba bundan sonra “Udineze”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.

34 yaşlı avstriyalı futbolçu İspaniya klubu ilə müqaviləsinin başa çatmasından sonra bu günə qədər azad agent statusunda idi.

David Alaba “Real”a 2021-ci ilin iyul ayında azad agent qismində “Bayern”dən keçmişdib. Avstriyalı futbolçunun Madrid klubunun heyətində çıxışının ümumi mənzərəsi 132 oyun, 5 qol və 9 məhsuldar ötürmədən ibarətdir.

Alaba karyerası ərzində “Bayern”, “Hoffenhaym”, “Austriya” (Vyana) kimi klubların da formasını geyinib.

Alaba 2009-cu ilin oktyabr ayında debüt etdiyi Avstriya yığmasının heyətində 117 oyuna çıxıb, 15 qol, 23 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 34 yaşlı avstriyalı mərkəz müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: