Azərbaycan təmsilçisi “Neftçi” bu gün baksetbol üzrə FIBA Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə mübarizəyə start verib.
Arena.az xəbər verir ki, “ağ-qaralar” bu turnirin təsnifat mərhələsində Estoniyanın “Parnu” komandası ilə üz-üzə gəliblər.
Bakı İdman Sarayında təşkil edilmiş oyun Azərbaycan təmsilçisi üçün uğurlu alınıb. Paytaxt klubu 80:67 hesablı qələbəyə sevinib.
Tərəflər arasında cavab görüşü sentyabrın 30-da baş tutacaq. Cütün qalibi FIBA Avropa Kubokunun əsas – qrup mərhələsində iştirak hüququ qazanacaq.
Xatırladaq ki, “Neftçi”nin FİBA Avropa Kubokunun əsas mərhələsindəki mümkün rəqibləri artıq bəllidir. Azərbaycan təmsilçisi “Parnu” səddini keçə bilsə, H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.


