Harri Keyn: “Qızıl top”u qazanmaq şansım var”

“Bayern” və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ildə “Qızıl top” mükafatını qazanmaq şansının olduğunu bildirib.

Arena.az xəbər verir ki, 32 yaşlı forvard bu barədə “The Standard”a açıqlamasında danışıb.

Qeyd edək ki, “Barselona”nın hücumçusu Lamin Yamal özünü mükafatın favoriti hesab etdiyini açıqlayıb. “Real”ın fransalı forvardı Kilian Mbappe isə “Qızıl top”un ona verilməli olduğunu deyib.

Keyn bu fikirlərə münasibət bildirərkən özünü digər namizədlərlə müqayisə etməyi sevmədiyini vurğulayıb:

“Yamal və Mbappenin açıqlamaları? Özüm haqqında belə danışmaq mənim xarakterimə uyğun deyil. Ötən mövsüm əldə etdiklərimlə fəxr edirəm və nailiyyətlərimin heç kiminkindən geri qalmadığını bilirəm. Qələbə qazansaydım, inanılmaz dərəcədə qürur duyardım. Düşünürəm ki, buna mütləq şansım var”.

Xatırladaq ki, Harri Keyn 2025/2026-cı illər mövsümündə “Bayern”lə Almaniya çempionu olub, ölkə kubokunu və super kubokunu qazanıb. İngiltərə millisinin heyətində isə o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında bürünc medal əldə edib. Bundan əlavə, Keyn Bundesliqanın bombardiri olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: