“Qəbələ” Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq

Premyer Liqada mübarizə aparan “Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranmış fasilə dövründə 2 yoxlama oyunu keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi sentyabrın 27-də “Karvan”la üz-üzə gələcək. Oktyabrın 3-də isə bu komandanı Yaponiyanın U-20 millisi ilə görüş gözləyir.

Xəbərdə vurğulanır ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq. Oyunların başlama saatı ilə bağlı məlumat verilməyib.

Xatırladaq ki, Qəbələnin eyniadlı təmsilçisi cari mövsümdə keçirdiyi 6 oyunda 1 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. 4 xalı olan əyalət təmsilçisi 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Milli komandaların oyunlarına görə yaranmış fasilədən sonra ilk matçını səfərdə “Sumqayıt”a qarşı keçirəcək qəbələlilər bu oyuna yeni baş məşqçi Yeton Bekirinin rəhbərliyi altında çıxacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: