UEFA Millətlər Liqasında yeni mövsümə start verilir

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2026/2027-ci illər mövsümünün qrup mərhələsinin oyunlarına start veriləcək.

Arena.az xəbər verir ki, ilk olaraq A, B, və D Liqalarında matçlar keçiriləcək.

Azərbaycan millisinin yer aldığı D Liqasının 2-ci qrupunda Lixtenşteyn və Litva komandaları üz-üzə gələcəklər.

A Liqasının 2-ci qrupunda Niderland Almaniya ilə, 4-cü qrupunda isə Portuqaliya Uelslə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk matçını sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.

UEFA Millətlər Liqası
1-ci tur

A Liqası, 2-ci qrup

22:45. Niderland – Almaniya
22:45. Serbiya – Yunanıstan

A Liqası, 4-cü qrup

22:45. Portuqaliya – Uels
22:45. Norveç – Danimarka

B Liqası, 3-cü qrup

22:45. Avstriya – İsrail
22:45. Kosovo – İrlandiya

D Liqası, 1-ci qrup

20:00. Andorra – Malta

D Liqası, 2-ci qrup

22:45. Lixtenşteyn – Litva

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: