Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” 2 yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, komanda sentyabrın 27-də “İmişli” ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçiriləcək oyuna saat 16:00-da start veriləcək.
Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Rəqib “Neftçi” olacaq. Oyunun məkanı və yeri barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” bir neçə gün öncə baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb. Komandaya bundan sonra ukraynalı mütəxəssis Yuri Maksimov rəhbərlik edəcək.
Muxtar Respublika təmsilçisi Premyer Liqanın cari mövsümündə 6 oyun keçirib, cəmi 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Qələbəyə həsrət iki komandadan biri olan Naxçıvan klubu 2 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb.


