Brunner qol sevincinə görə 2 oyunluq cəzalandırıldı

“Monako”nun hücumçusu Paris Brunner qol sevincinə görə Fransa çempionatında iki oyunluq diskvalifikasiyaya məruz qalıb.

Arena.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Bundan əlavə, 20 yaşlı futbolçu daha iki oyun üçün şərti cəza alıb.

Fransa çempionatının 4-cü turunda “Strasburq”la 1:1 hesablı heç-heçə etdikləri oyunda Brunner qol vurduqdan sonra rəqib azarkeşlərə tərəf boğazkəsmə jesti edib.

Bu səbəbdən hücumçu “Tuluza” və “Loryan”la oyunlarda iştirak etməyəcək.

Qeyd edək ki, “Monako” Fransa çempionatının 2026/2027-ci illər mövsümünün geridə qalmış 5 turundan sonra 13 xalla yarış cədvəlinə liderlik edir. Knyazlıq təmsilçisi 5 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib.

“Monako”nun yeni mövsümə uğurlu başlamasında Paris Brunnerin də xidməti böyükdür. Belə ki, o, cari turnirdə 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: