U-19 millimiz “Kəpəz”in əvəzediciləri ilə də qarşılaşacaq

“Kəpəz”in əvəzedicilərdən ibarət komandası 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-19) ilə yoxlama matçı keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sözügedən komandalar sentyabrın 25-də Gəncə şəhər stadionunun ehtiyat meydançasında üz-üzə gələcəklər. Oyuna saat 17:00-da start veriləcək.

Qeyd edilir ki, bu oyun Azərbaycanın U-19 yığmasının “Kəpəz”in Təlim-Məşq Mərkəzində keçirdiyi hazırlıq prosesi çərçivəsində gerçəkləşəcək.

Xatırladaq ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının “Kəpəz”in əsas komandası ilə də yoxlama oyunu keçirəcəyi açıqlanmışdı. Bu görüş də oktyabrın 2-də Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq. Qarşılaşmaya saat 12:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: