Qvardiola “Mançester Siti”nin oyununa ilk dəfə tribunadan baxacaq

“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola klubdan ayrıldıqdan sonra komandanın oyununu ilk dəfə canlı izləyəcək.

Arena.az xəbər verir ki, bu barədə tanınmış britaniyalı jurnalist Pol Hörst sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, Qvardiola UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək “Mançester Siti” – PSJ matçını stadiondan izləyəcək. Qarşılaşma oktyabrın 14-də Mançesterdəki “Etihad” stadionunda baş tutacaq.

Qeyd edək ki, “Mançester Siti” turnirin ilk turunda doğma meydanda Portuqaliyanın “Portu” klubunu 2:0 hesabı ilə məğlub edib. Aktivinə 3 xal yazdıran İngiltərə təmsilçisi hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Xosep Qvardiola 2016-cı ilin yayından 2025/26 mövsümünün sonunadək “Mançester Siti”yə rəhbərlik edib. İspaniyalı mütəxəssis bu müddətdə klub tarixinin ən uğurlu dövrlərindən birinə imza ataraq 6 dəfə İngiltərə çempionu olub. Qvardiola, həmçinin 2023-cü ildə “Mançester Siti”yə tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: