Premyer Liqa: “Qarabağ” “İmişli”ni Yevlaxda yendi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə əvvəlcə “Qarabağ” səfərdə “İmişli” ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionunda baş tutmuş oyunu Elvin Bayramov idarə edib. Görüş Ağdam təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
7-ci tur

11 oktyabr

“İmişli” – “Qarabağ” 0:2
Qollar: Aleksey Kaşuk, 59. Jali Muaddib, 88.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR: Vüqar Həsənli.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 16:00.

İmişli: 1. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı (k), 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 13. Rafael Vyeqas, 21. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 80. Deko.
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə, 17. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 3. Tuncay Yusifli, 55. Murad Ələkbərov, 33. Əkbər Eyubov, 42. Sebai Senin.
Baş məşqçi: Fərid Namazov.

Qarabağ: 23. Martin Zlomisliç, 22. Musa Qurbanlı, 20. Kadi Borqes (k), 2. Mateus Silva, 5. Bruno Lanqa, 10. Xoni Montiel, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 29. Renaldo Sefas, 9. Zəkəriyyə Savo, 11. Reda Xadra, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: