İtaliyalı futbol mütəxəssisi Davide Nikola A Seriyasında mübarizə aparan “Venesiya” komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
53 yaşlı italiyalı mütəxəssislə 2027/2028-ci illər mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Nikola bu vəzifədə Covanni Stropanı əvəzləyib. Stroppa ötən mövsüm komandanı A Seriyasına yüksəltsə də, yeni çempionatda uğursuz start səbəbindən postunu itirib. “Venesiya” ilk 6 turda keçirdiyi bütün oyunlarda məğlub olub və xalsız qalaraq turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Davide Nikola məşqçilik karyerasına 2010-cu ildə başlayıb. O, müxtəlif vaxtlarda “Livorno”, “Krotone”, “Udineze”, “Cenoa”, “Torino”, “Salernitana”, “Empoli”, “Kalyari” və “Kremoneze” klublarına rəhbərlik edib.
İtaliyalı mütəxəssis xüsusilə çətin vəziyyətdə olan komandaları A Seriyasında saxlamaq bacarığı ilə tanınır. O, “Krotone”, “Cenoa” və “Torino” ilə yüksək liqada qalmaq vəzifəsinin öhdəsindən gəlib.


