Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Çorum” doğma meydanda “Rizəspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbəyə sevinib.
Qeyd edək ki, Türkiyə çempionatında 8-ci turun qalan oyunları oktyabrın 17-də, 18-də və 19-da keçiriləcək.
Türkiyə, Super Liqa
8-ci tur
16 oktyabr
Çorum – Rizəspor 2:1
17 oktyabr
14:30. Ərzurumspor – Eyüpspor
17:00. Amedspor – Konyaspor
17:00. Gənclərbirliyi – Qalatasaray
20:00. Fənərbağça – Alanyaspor
18 oktyabr
14:30. Kasımpaşa – Samsunspor
17:00. Kocaelispor – Göztəpə
20:00. Başakşəhər – Qaziantep
19 oktyabr
21:00. Trabzonspor – Beşiktaş


