Liqa 1: PSJ və “Lans” 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Lill” – “Brest” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. PSJ səfərdə “Strasburq”a, “Lans” isə “Trua”ya eyni hesabla (3:1) qalib gəlib.

Qeyd edək ki, Fransa çempionatında 7-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
7-ci tur

16 oktyabr

Le Man – Tuluza 0:3

17 oktyabr

Strasburq – PSJ 1:3
Lill – Brest 1:1
Trua – Lans 1:3

18 oktyabr

17:00. Anje – Olimpik (Marsel)
19:15. Havr – Oser
19:15. Loryan – Monako
19:15. Paris – Renn
22:45. Olimpik (Lion) – Nitsa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: