A Seriyası: “Yuventus” evdə 3 qola üzüldü, “Milan” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2026/2027-ci illər mövsümünün 7-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.

“Udineze” doğma meydanda “Leççe”yə, “Fiorentina” isə “Komo”ya məğlub olub.

Beş qolun qeydə alındığı “Milan” – “Atalanta” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Yuventus” isə doğma meydanda “Latsio”ya 3 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, İtaliya çempionatında 7-ci turun qalan oyunları oktyabrın 19-da keçiriləcək.

İtaliya, A Seriyası
7-ci tur

16 oktyabr

Frozinone – Sassuolo 4:2

17 oktyabr

Venesiya – Napoli 1:0
Bolonya – İnter 1:3
Roma – Cenoa 2:0

18 oktyabr

Udineze – Leççe 0:3
Fiorentina – Komo 1:3
Milan – Atalanta 3:2
Yuventus – Latsio 0:3

19 oktyabr

20:30. Montsa – Kalyari
22:45. Parma – Torino

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: