“Barselona” UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində PSJ azarkeşlərinin açdığı bannerlə bağlı UEFA-ya şikayət ünvanlayıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
Oktyabrın 20-də keçirilən və PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatan oyunda Paris təmsilçisinin azarkeşləri “Paris qətliamı” ifadəsinin yer aldığı banner açıblar. Kataloniya klubu həmin bannerlə bağlı UEFA-ya müraciət edib.
Üç turdan sonra PSJ 9 xalla UEFA Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlinə başçılıq edir. “Barselona” isə 6 xalla 5-ci pillədə qərarlaşıb.
“Barsa” UEFA Çempionlar Liqasının cari mövsümünün ilk iki turunda “Feyenoord”a (5:1) və “Qalatasaray”a (4:1) qalib gəlmişdi. İspaniya çempionu növbəti turda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Bu oyun noyabrın 4-də keçiriləcək.
ÇL-in sonuncu qalibi olan PSJ isə daha öncə Bratislava “Slovan”ına 6:1, “Mançester Siti”yə 4:2 hesabıyla qalib gəlib. Paris təmsilçisi növbəti oyununu noyabrın 3-də İspaniyanın “Vilyarreal” komandasına qarşı keçirəcək.


