Ayxan Abbasov U-16 millimizə DÇ-də uğur arzuladı

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov 16 yaşlılardan ibarət milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunmuş Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb. Məşqdən əvvəl əsas milli komandamızın baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb:

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”, – deyə Abbasov bildirib.

Daha sonra o, yığma komandanın məşqini izləyib.

Xatırladaq ki, Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Şərqi Timor yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti yığmaları olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: