Azərbaycan Kubokunda 2-ci raunda 2 oyunla start verildi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” Şamaxıda “Şimal”la qarşılaşıb.

Naxçıvan təmsilçisi 6 cavabsız qolla qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Marafon” isə “Zaqatala” ilə qarşılaşıb. Bu görüşdə Sabirabad təmsilçisi tək qolla qalib gələrək mərhələ adlayıb.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi


27 oktyabr

“Şimal” – “Araz-Naxçıvan” 0:6
Qollar: Ağadadaş Salyanski, 11; 87; 90. Rövlan Muradov, 51. Abdulla Rzayev, 52. Ülvi İsgəndərov, 70
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

Şimal: 27. Elmar Əzizov, 16. Amil Məmmədov (k), 44. Gülalı Mehrəliyev, 4. Elnur İbrahimov, 6. Rüstəm Hümbətov, 17. Murad Dadaşev, 10. Ceyhun Kəlbəliyev, 11. Niyazi Osmanov, 3. Musa Diallo, 15. Lama Bamba, 14. Mustafa Niambele.
Ehtiyat oyunçular: 1. Natiq Daşdəmirli, 13. Murad Ağamalıyev, 7. Elşad Əliyev, 70. Cavid Quliyev, 22. Şirin Şirinov, 8. Pirverdi Seyidov, 25. Abubakar Umar, 24. Obodji Qberi.
Məşqçi: Tural Cəlilov.

Araz-Naxçıvan: 1. Artur Auqusto, 29. Ceyhun Nuriyev, 2. Abdulla Rzayev, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 12. Bruno Franko, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 13. Qabil Əlizadə, 77. Nihat Mehralıyev, 10. Çarlz Boli, 19. Abdallah Sudi.
Məşqçi: Zaur İsmayılov.

“Marafon” – “Zaqatala” 1:0
Qol: İlham Allahverdiyev, 59.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Marafon Arena”, 14:00.

Marafon: 94. Rafiq Kərimov, 15. Nodar Məmmədov, 21. Novruz Məmmədov (k), 11. İlham Allahverdiyev, 14. İlqar Ələkbərov, 44. Ülvi İbazadə, 10. Emin Quliyev, 29. Elşən Veysov, 3. Fərid Nadirov, 5. Emil Quluzadə, 12. Xəyyam Hüseynov.
Ehtiyat oyunçular: 71. Qurban Məhərrəmov, 93. Əli Həsənzadə, 6. Pərviz Qaraxanov, 7. Fərid Kərimzadə, 17. Tofiq Nəsibov, 8. Elmar Rəhimov, 77. Hakan Həsənov, 33. Uğur Səfərov, 41. İlkin Budaqov, 27. Əşrəf Ələkbərli.
Baş məşqçi: Ceyhun Cavadov.

Zaqatala: 12. Nicat Məmmədzadə, 5. İbrahim Məmmədov, 70. İbrahim Ramazanov (k), 27. Fərid Cəfərov, 20. Adəm Topalov, 17. Raul Nağıyev, 7. Allahverdi Rəhimov, 9. Elxan Məmmədov, 10. Emmanuel Obuobi, 13. İlyas Abdullayev, 16. Samuel Anadem.
Ehtiyat oyunçular: 1. Davud Şabanov, 77. Sərxan Abdullayev, 11. Əsədulla Heydərov, 15. Bəhram Köçərli, 33. Sənan Musayev, 19. Aqil Əzimli, 18. Hacı Şabanov.
Baş məşqçi: Rakif Əliyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: