AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasının 9-cu turundakı mübahisəli epizodlara şərh verib.
Arena.az xəbər verir ki, komitə sədri ənənəyə uyğun olaraq, 9-cu turun oyunlarında qeydə alınmış mübahisəli epizodlarla da bağlı fikirlərini bildirib.
Rəhim Həsənov bütövlükdə 6 oyunda qeydə alınmış mübahisəli epizodlara şərh verib. O, “Şəfa” – “Kəpəz” matçında baş hakim Cavid Cəlilovun ilk penalti qərarının yanlış olduğunu təsdiqləyib. Həsənov baş hakimin matçın 15-ci dəqiqəsində “Şəfa”nın qapısına təyin etdiyi ilk penaltinin səhv qərar olduğunu vurğulayıb. Komitə sədri digər oyunlardakı hakim qərarlarının isə doğru olduğunu bəyan edib.
AFFA Hakimlər Komitəsinin sədrinin Premyer Liqanın son oyunlarındakı mübahisəli epizodları təhlil etdiyi həmin videonu təqdim edirik:


