Xviça Kvaratsxeliya əməliyyat olundu

Gürcüstan milli komandasının və PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya dizinin ön çarpaz bağının qopması səbəbindən əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə cərrahi müdaxilənin uğurla başa çatdığı vurğulanıb.

Xatırladaq ki, Gürcüstan millisinin üzvü oktyabrın 20-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində İspaniya çempionu “Barselona” ilə keçirilmiş oyunda zədələnmişdi. PSJ həmin qarşılaşmada rəqibini 4:2 hesabı ilə məğlub etmişdi.

İlkin proqnozlara görə, 24 yaşlı futbolçu ən azı altı ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Xviça Kvaratsxeliya cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə 11 oyuna çıxıb. O, bu görüşlərdə 2 qola imza atıb və 1 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: