“Zirə” kubokda 1/8 finala penaltilərlə mərhələ adladı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Masazırda baş tutub.

Burada “Səbail” ilə “Zirə” üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş “Zirə” çətinliklə də olsa, mərhələ adlayıb.

Qeyd edək ki, Azərbaycan Kubokunda 2-ci raundun qalan oyunları oktyabrın 28-də və 29-da keçiriləcək.

Azərbaycan Kuboku
2-ci təsnifat mərhələsi

27 oktyabr

“Səbail” – “Zirə” 2:2 (penaltilər 2:3)
Qollar: Aldo Qomes Soares, 90+1; 117 – Rikardo Martins, 9; 96.
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Masazır Arena”, 18:00.

Səbail: 1. Mehdi Cənnətov, 2. Slavik Alxasov (k), 33. Eltun Turabov, 3. Sertan Taşkın, 21. Abbas Ağazadə, 5. Kənan Quliyev, 19. Sənan Ağalarov, 80. Aldo Qomes Soares, 20. Ezekiel Morqan, 9. Yan Said, 90. Samuel Nonqo.
Ehtiyat oyunçular: 31. Nail Alışov, 7. Ehtiram Şahverdiyev, 16. Fuad Bayramov, 17. Bahadur Həziyev, 13. Vüsal Mənsimov, 4. Cavad Qurbanlı, 10. Vüsal Əliyev, 18. Rail Əmirquliyev, 12. Babakar Mboup, 22. Peter Aqblevor, 28. Sofian Budra.
Məşqçi: Elnur Abdullayev.

Zirə: 13. Aydın Bayramov, 32. Qismət Alıyev (k), 6. Hacıağa Hacılı, 2. Amin Seydiyev, 11. Ayxan Hüseynov, 4. Ruan Renato, 21. Rikardo Martins, 20. İssa Cibrilla, 7. Eren Aydın, 33. Mehdi Mişahşah, 29. Kris Diqbeu.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 43. Əhliman Süleymanzadə, 17. Filipe Vieyra, 5. Ange Mutsinzi, 3. Dimitri Leqbo, 23. Dameyn Smit.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: