Azərbaycanın qadınlardan ibarət “DH Volley” voleybol komandası Çağırış Kubokunun 1/32 final mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, təmsilçimiz səfərdə Danimarkanın “Holte” komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamız ilk iki setdə 25:14 və 26:24 hesabları ilə qalib gəlib. Üçüncü setdə 20:25 hesabı ilə uduzan Azərbaycan təmsilçisi dördüncü setdə 25:22 hesablı qələbə qazanaraq matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması noyabrın 5-də keçiriləcək. Qalib gələn tərəf turnirin 1/16 final mərhələsinə vəsiqə əldə edəcək. Məğlub olan tərəf isə avrokuboklarla vidalaşacaq.
Çağırış Kuboku
1/32 final
27 oktyabr
Holte – DH Volley 1:3 (14:25, 24:26, 25:20, 22:25)


