Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu, turnirin 2-ci təsnifat mərhələsinin oyunlarından sonra müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları dekabrın 1-2-də baş tutacaq. Oyunların dəqiq tarixi və başlama saatları barədə daha sonra məlumat veriləcək.
Sonda onu da vurğulayaq ki, “Qarabağ”, “Sabah”, “Neftçi” və “Turan Tovuz” cari mövsümdə mübarizəyə məhz 1/8 final mərhələsindən start verəcəklər.
Azərbaycan Kuboku
1/8 final
Araz-Naxçıvan – Marafon
Sabah – İmişli
Sumqayıt – Qarabağ
Qəbələ – Şahdağ Qusar
Gəncəbasar – Şamaxı
Neftçi – Şəfa
Karvan – Zirə
Turan Tovuz – Kəpəz


