UEFA Finlandiya Futbol Assosiasiyasını Millətlər Liqasının qrup mərhələsində Belarusla keçirilən oyunda baş verən hadisələrə görə cərimələyib.
Arena.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə vurğulanır ki, Finlandiya Futbol Assosiasiyası 30 min avro məbləğində cərimə ödəməli olacaq.
Finlandiya tərəfi dövlət himnlərinin səsləndirilməsi zamanı qayda pozuntusuna yol verildiyinə görə 10 min avro cərimələnib. Bundan əlavə, azarkeşlərin idman tədbirinin xarakterinə uyğun olmayan məzmunlu mesajlar nümayiş etdirməsinə görə Finlandiya Futbol Assosiasiyasına qarşı daha bir maliyyə sanksiyası tətbiq olunub.
Cərimənin ümumi məbləği 30 min avro təşkil edib.
Xatırladaq ki, sentyabrın 29-da Helsinkidə keçirilmiş UEFA Millətlər Liqasının qrup mərhələsinin Finlandiya – Belarus matçı qolsuz heç-heçə ilə başa çatmışdı – 0:0.


