Alfred Şreyder – “Kasımpaşa”nın yeni baş məşqçisi!

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” komandasına bundan sonra Alfred Şreyder rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, İstanbul təmsilçisi Alfred Şreyderlə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı mütəxəssis Emre Belözoğlunu əvəzləyib. Belözoğlu isə “Fənərbağça”nın baş məşqçisi təyin olunub.

52 yaşlı Şreyder məşqçilik karyerasında “Brügge” ilə Belçika çempionluğunu qazanıb. O, həmçinin “Ayaks”da köməkçi məşqçi kimi çalışaraq Niderland çempionluğu və ölkə kubokunun, “Barselona”da isə köməkçi məşqçi kimi İspaniya Kubokunun qalibi olub.

“Kasımpaşa” klubunun yaydığı açıqlamada niderlandlı mütəxəssisə yeni vəzifəsində uğurlar arzulanıb.

Alfred Şreyder daha əvvəl “Hoffenhaym”, “Tvente”, “Ayaks”, “Brügge”, “Əl-İttifaq” və “Mançester Yunayted” kimi klublarda məşqçi və köməkçi məşqçi kimi fəaliyyət göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: