Ronaldo millidən ayrılmaq qərarını baş məşqçiyə bildirməyib

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Portuqaliya millisində çıxışını başa vurmaq qərarını baş məşqçi Jorje Jezusa əvvəlcədən bildirməyib.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” nəşri məlumat yayıb.

Ronaldo noyabrın 5-də milli komandanın heyətində karyerasını başa vurduğunu açıqlayıb. Nəşrin məlumatına görə, 41 yaşlı futbolçu ilə baş məşqçi arasında sentyabrın 30-dan etibarən heç bir ünsiyyət olmayıb.

Həmin tarixdə Ronaldo məşq toplanışının ortasında millinin düşərgəsini tərk edib. Futbolçu buna məşqçinin ona verdiyi iki vədin yerinə yetirilməməsini səbəb göstərib.

Kristiano UEFA Millətlər Liqasının Uelslə oyununda (1:0) start heyətində yer alıb, Norveçlə qarşılaşmada (2:1) isə ehtiyatda qalıb. Onun sözlərinə görə, baş məşqçi meydana çıxmayacağını bildirsə də, 30 dəqiqə oynaya biləcəyini deyərək isinməyə göndərib, lakin sonradan meydana buraxmayıb.

Bundan sonra Portuqaliya Futbol Federasiyası Ronaldonu bir aylıq cəzalandırıb və 255 avro məbləğində cərimələyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: