Denis Marandiç Qazaxıstanla oyuna dəvət aldı

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiç Moldova millisinin qarşıdakı iki oyununda yığma komandanın sərəncamında olacaq.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan və Farer adaları yığmalarına qarşı oynaya bilər. Moldova yığması noyabrın 13-də doğma meydanda Qazaxıstanla üz-üzə gələcək. Bu komanda noyabrın 16-da da səfərdə Farer adalarının qonağı olacaq.

Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 71 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.

Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: