Premyer Liqa: “Qarabağ” “Turan”a evdə uduzdu

Bu gün keçirilən oyunlarla futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyununda “Qarabağ” “Turan Tovuz”la üz-üzə gəlib.

“Azərsun Arena”da təşkil edilmiş bu matçın baş hakimi Fərid Hacıyev olub. Görüşün taleyini bir qol həll edib. Tovuz təmsilçisi matçın sonlarında vurduğu bir qolla səfərdə 3 xala sevinib.

Premyer Liqa
11-ci tur

6 noyabr

“Qarabağ” – “Turan Tovuz” 0:1
Qol: Roderik Miller, 80.
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azərsun Arena”, 18:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 5. Bruno Lanqa, 29. Renaldo Sefas, 9. Zəkəriyyə Savo, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 11. Reda Xadra, 88. Samuel Lobato, 4. Bense Varkonyi, 33. Dieqo Rosa.
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 12. Teymur Həsənov, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 19. Taofik İsmail, 7. Jali Muaddib, 39. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Turan Tovuz: 1. Oleq Baklov, 5. Roderik Miller, 21. Stiv Besnar, 3. Enrike Silva, 90. Joarlem Santos, 77. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 7. Xorxe Silva, 19. Roberto Olabe, 33. Filip Damyanoviç, 28. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin, 13. Mehman Hacıyev, 4. Rahil Məmmədov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 99. Sadiq Şəfiyev, 25. Denis Marandiç, 8. David Tavares, 11. Dioqo Balau.
Baş məşqçi: Kurban Berdıyev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: