Bu gün keçirilmiş oyunla futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Qaziantep” doğma meydanda “Kasımpaşa” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə 2 cavabsız qolla 3 xal əldə ediblər.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Türkiyə, Super Liqa
11-ci tur
6 noyabr
Qaziantep – Kasımpaşa 0:2
7 noyabr
14:30. Eyüpspor – Kocaelispor
17:00. Samsunspor – Konyaspor
20:00. Qalatasaray – Amedspor
20:00. Göztəpə – Başakşəhər
8 noyabr
14:30. Rizəspor – Ərzurumspor
17:00. Çorum – Fənərbağça
19:30. Alanyaspor – Trabzonspor
22:00. Beşiktaş – Gənclərbirliyi


